13 İyun 2022 13:21
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri çoxlu sayda mülki şəxsin sığındığı Severodonetskdəki Azot zavoduna nəzarət edir. Rusiyanın daha bir “ildırımsürətli əməliyyat” planı Ukrayna ordusunun israrlı müqaviməti səbəbindən uğursuz oldu.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müşaviri Yuri Sak deyib.

Onun sözlərinə görə, humanitar baxımdan Severodonetskdə vəziyyət çox çətindir və mühasirədə olan Mariupoldakı vəziyyətə bənzəyir. Bununla belə, Sak indi hadisələrin daha dinamik inkişaf etdiyini bildirib.

“Küçə döyüşləri gedir. Bəzi yerlərdə Ukrayna ordusu əks-hücumlar həyata keçirir. Ukrayna ən qısa zamanda ağır silahlar alsaydı, daha effektiv əks-hücum həyata keçirilə bilərdi”, - nazir müavini söyləyib.

O xatırladıb ki, Ukrayna 150-​​155 millimetrlik haubitsa alıb və istifadə edir, amma daha çox uzaqmənzilli artilleriya sistemlərinə ehtiyac var.

“Birləşmiş Ştatlar Ukraynanı dörd ədəd HIMARS sistemi, İngiltərə isə MLRS-lə təmin edəcəyini bildirib. İndi Ukraynaya əks-hücuma keçərək, torpaqlarımızı azad etmək üçün təxminən 100 belə sistem lazımdır”, - Sak əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər