13 İyun 2022 17:12
380
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın "Zara" brendinin ayaqqabı reklamı Türkiyədə narazılqla qarşılanıb.

Teleqraf.com xəbər verir ki, "Zara"nın Almaniyadakı ayaqqabı reklamında Şərq ölkələrində əziz nemətlərdən hesab olunan çörəkdən istifadə olunub.

Müsəlmanlar sosial şəbəkələrdə “Zara”nı həddini bilməyə səsləyiblər. Və #zarahaddinibil - haştaqı ilə kampaniya başlanılıb.

“Uşaqlıqda yolda çörəyi görəndə bizə deyirdilər ki, bu nemətdir, onu tapdalamaq olmaz. Biz çörəyi öpüb, gözümüzün üstünə qoyub təmiz yerə qoyardıq ki, quşlar, heyvanlar yesinlər. “Zara”nın bu reklamında isə dəyərlərimizə həqarət olunub", - deyə istifadəçilər bildiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər