14 İyun 2022 00:55
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qara dənizdəki Sakarya yatağından çıxarılan qaz 2023-cü ilin 1-ci rübündən etibarən Türkiyədəki istehlakçılara çatmağa başlayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yataqdan təbii qazın çatdırılması üçün ilk borunun dənizə buraxılması mərasimində deyib.

Dövlət başçısının sözlərinə görə, birinci mərhələdə sutkada təxminən 10 milyon kubmetr qaz hasil ediləcək.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə 2026-cı ilə qədər Sakarya yatağında təbii qaz hasilatının maksimum səviyyəsinə çatmağı planlaşdırır.

Türkiyə prezidenti həmçinin bildirib ki, Qara dənizin qaz ehtiyatlarını kəş etməyə gedəcək dördüncü Türkiyə qazma gəmisi “Əbdüllhəmid Xan” olacaq.

Türkiyə dövlətinin başçısı vurğulayıb ki, Ankara energetika sahəsinə “gərginlik və qarşıdurma meydanı” kimi deyil, regional əməkdaşlığın açarı kimi baxır.

R.T.Ərdoğan Türkiyənin Qara dənizdə qaz yatağının açılmasını tamamilə ölkənin daxili imkanları hesabına həyata keçirdiyi tarixi hadisə adlandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər