14 İyun 2022 17:50
1 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya yüksək dəqiqliyə malik bahalı raketlərdən istifadəni azaltmağa başlayıb və Ukraynanı atəşə tutmaq üçün sovet tipli qanadlı raketlərə üstünlük verir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib.

Onun sözlərinə görə, rus ordusu hazırda Belarus və Qara dənizdən, eləcə də Rusiyadan qaldırdığı təyyarələrdən istifadə edir.

O qeyd edib ki, Rusiya Ukraynada yüksək texnologiyalı raketlər atan “Tu-160” və “Tu-95” strateji bombardmançı təyyarələrdən istifadə edir, bu da çox bahalıdır:

“Bir raket milyonlarla dollara başa gəlir, dəniz əsaslı “Kalibr” raketləri də çox bahadır. Düşmən bu gün getdikcə daha çox sovet tipli qanadlı raketlərdən, məsələn, “X-59” və “X-22”-lərdən istifadə edir. Bunlar düşmən tərəfindən atılan ən dağıdıcı raketlərdən biridir.

Bbu tip raketlərin döyüş başlığının çəkisi 900 kq-dır və son dərəcə güclü zədələr qoya bilir. Amma həmin raketlərin önəmli çatışmazlığı var, hədəfi dəqiq vura bilmir. Həmişə göndərildiyi yerə çatmır və çox vaxt məhvetmə obyektləri mülki olur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər