15 İyun 2022 08:28
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda qətlə yetirilməsi planlaşdırılan bir neçə yəhudi İsrail təhlükəsizlik qüvvələri tərəfindən Türkiyədən çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

İsrailin ictimai radiosu olan "Kan"ın məlumatına görə, təhlükəsizlik qüvvələri bu ilin mayında Türkiyədə İran kəşfiyyat orqanlarının israillilərə hücumunun qarşısını alıb.

“İran şəbəkəsi”nin Türkiyədə planlaşdırdığı hücumun qarşısını almaq üçün İstanbul polisi ilə əməkdaşlıq olunub.

Nəşrin məlumatına görə, yəhudi qadın İstanbul bazarlarından birində olarkən yüksək rütbəli israilli məmur ona zəng edərək otelə qayıtmamasını xahiş edib, çünki orada onu və ərini İrandan gələn qatillər gözləyirmiş.

İsrailin təhlükəsizlik nümayəndələri ər və arvadın əşyalarını oteldə qoyaraq, onları hava limanına aparıb. Cütlük İsrailə aparıldıqdan sonra İranın sui-qəsdinə səbəb ola biləcək fəaliyyətləti araşdırılıb.

Xatırladaq ki, son həftələr İsrail və İran arasında gərginlik artıb. Keçən ay İsrail İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) polkovniki aradan götürüb. Bundan sonra İran isrillilərə qarşı "intiqam hücumu" olacağını bəyan edib.

“The New York Times” qəzeti yazıb ki, İran İsraili iki alimin yeməklərinə zəhər qatmaqla onları öldürməkdə ittiham edir.


Müəllif: Teleqraf.com