15 İyun 2022 09:38
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələrinin Ukraynanın cənubuna son əks-hücumları Rusiya qoşunlarını diqqətlərini müdafiəyə yönəltməyə vadar edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, Ukrayna ordusunun Davidov Brid kəndi yaxınlığında (Xersonun şimal-qərbində), Nikolayev və Krivoy Roq istiqamətlərindəki uğurlu əməliyyatlarına cavab olaraq, ruslar geri çəkilərək İnqulets çayını keçməyə çalışırlar.

“Rusiya qüvvələri 1 artilleriya və 2 reaktiv artilleriya batareyasını Xerson və Nikolayev vilayətlərinin sərhədinə yaxın ərazilərə köçürüb. Rusiya qüvvələri Xerson, Dnepropetrovsk və Zaporojye vilayətlərini atəşə tutmağa davam edib”, - məlumatda deyilib.

Bundan əvvəl Prezident Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Xersonu azad etmək üçün cənubda rus qoşunlarına təzyiqi artırdığını açıqlayıb.

Ukrayna müdafiə qüvvələri Xerson vilayətində üç istiqamətdə hücuma keçib. Hücumda Tavriya kəndi azad edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər