15 İyun 2022 15:41
1 506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Suriyadakı səfiri Aleksandr Lavrentyev Türkiyənin bölgədəki mümkün antiterror əməliyyatından danışıb.

Teleqraf.com xəbər verir ki, rus diplomat belə bir əməliyyatın regionda gərginliyi artıracağını və vəziyyəti daha da pisləşdirəcəyini bildirib.

Ankaranın hərbi əməliyyatının “ağıllı variant” olmadığını deyən Rusiya səfiri onu da qeyd edib ki, Moskva artıq Cenevrəni Suriya böhranının həlli üzrə tərəflər arasında danışıqlar üçün uyğun yer kimi görmür.

Türkiyənin Təl-Rıfat və Mənbiçdə PKK/YPG terror təşkilatının ünsürlərinə qarşı həyata keçirmək istədiyi yeni əməliyyatla bağlı Rusiyadan fərqli açıqlamalar var. Rusiya xarici işlər naziri Sergey Lavrov sözçüsü Mariya Zaxarovanın əksinə olaraq, Türkiyə Silahlı Qüvvələrinin mümkün əməliyyatı ilə bağlı daha müsbət mesaj verib. Lavrov Türkiyəni anladıqlarını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər