15 İyun 2022 17:55
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident Ərdoğanın dilə gətirdiyi narahatlığı ciddi qəbul etməliyik, çünki Türkiyə həqiqətən ciddi terror təhlükələri ilə üz-üzədir”.

Teleqraf.com xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq İsveç və Finlandiyanın alyansa üzvlük müraciəti ilə bağlı danışarkən deyib.

Stoltenberq NATO-ya üzvlük yolunda Türkiyənin vetosu ilə qarşılaşan hər iki ölkəni Ankaranın narahatlıqlarını ciddi qəbul etməyə çağırıb.

İsveç, Finlandiya və Norveç baş nazirləri Maqdalena Andersson, Sanna Marin və Yonas Qar Ster cari məsələləri müzakirə etmək üçün İsveçin Södertalye şəhərində bir araya gəliblər.

NATO-ya üzvlük prosesində intensiv işlərin getdiyini deyən Andersson problem həll olunana qədər Türkiyə ilə dialoqun davam etdirilməsini səbirsizliklə gözlədiyini bildirib.

“Finlandiya ilə birlikdə hərəkət edirik. Problem həll olunana qədər Türkiyə ilə dialoqun davam etməsini səbirsizliklə gözləyirəm”, - baş nazir vurğulayıb.

Sanna Marin isə iki həftə sonra Madriddə keçiriləcək NATO zirvəsinə qədər həllə nail olunmasının vacib olduğunu vurğulayıb.

Fin baş nazir iki həftə ərzində həll tapılmasa, prosesin dondurulma riskinin olduğunu da söyləyib:

“Bu prosesdə irəliləməyimiz vacibdir. Problemləri ciddiyə alırıq və dialoq qurmağa davam edirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər