15 İyun 2022 18:31
1 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna döyüş meydanında dönüş nöqtəsindədir. Kiyevə hərbi yardımın davam etdirilməsi vacibdir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Austin Ukraynaya yardımın əlaqələndirilməsi üzrə Qərb qrupunun Brüsseldə keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar və tərəfdaşları heç bir halda Kiyevə “özünümüdafiə üçün lazım olan” silahların tədarükünü dayandırmamalıdırlar.

O, “Ukrayna döyüş meydanında dönüş nöqtəsindədir” ifadəsini şərh etməyib.

O, həmçinin əlavə edib ki, Ukraynanın üzləşdiyi problemi qiymətləndirməmək olmaz, ona görə də Qərb ölkələri “Ukraynanın özünü müdafiə edə bilməsi üçün daha çox səy göstərməlidir”.

Bundan əvvəl Pentaqonun rəhbərinin müavini Kolin Kahl bildirmişdi ki, ABŞ münaqişəyə cəlb olunmaq istəmir, lakin Rusiyanın Ukraynaya Amerika silahlarının verilməsinə veto qoymaq hüququnu tanımır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər