15 İyun 2022 20:13
2 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna taxılının ixracı üçün Türkiyə Müdafiə Nazirliyinin təşəbbüsü ilə Kiyev və Moskva arasında xüsusi rabitə kanalı yaradılıb.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

Hulusi Akar Türkiyə Müdafiə Nazirliyinin təşəbbüsü ilə taxıl böhranından çıxmaq üçün “qırmızı xətt” formalaşdırıldığını açıqlayıb.

Ankaranın təşəbbüsü ilə formalaşdırılan “qırmızı xətt”lə bağlı hər ölkədən general rütbəli 1 nümayəndə prosesə cəlb olunub. Ukrayna və Rusiya təmsilçiləri bu “qırmızı xətt” vasitəsi ilə Ukrayna taxılının ixracı məsələlərinin müzakirəsi üçün Türkiyə ilə birbaşa əlaqə yarada biləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər