16 İyun 2022 17:20
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya şirkətləri Qərbin sanksiyalarından yan keçmək üçün Gürcüstanın hüquqi şəxslərindən istifadə edirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

Rusiya və Ukraynanın gizli əməliyyatını Ukrayna tərəfi ifşa edib.

Məlumata görə, bir qrup ukraynalı parlamentari bu barədə ABŞ-ı tədbir görməyə çağırıb. Amma onlar məsələnin əlavə təfərrüatını verməyib, konkret misallar təqdim etməyiblər.

Gürcüstanın Vaşinqtondakı səfirliyi iddiaların “tamamilə yalan” olduğunu bildirib.

Vaşinqtonda səfərdə olan Ukrayna nümayəndə heyətinin məsələ ilə bağlı ABŞ Konqresi, Dövlət Departamenti və Maliyyə Nazirliyinin nümayəndələri ilə görüşü gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər