17 İyun 2022 08:00
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sahibkar İlon Mask və onun şirkətləri "SpaceX" və "Tesla"-ya qarşı Nyu-York məhkəməsində 258 milyard dollarlıq iddia qaldırılıb.

Teleqraf.com xəbər verir ki, İlona Mask və yaradıcısı olduğu "SpaceX", "Tesla" şirkətləri "Dogecoin" kriptovalyutası vasitəsilə "kripto piramidada" iştirakda şübhəli bilinir.

Qeyd olunur ki, Mask 2019-cu ildə kriptovalyutanı inkişaf etdirməyə və təşviq etməyə başlayandan sonra iddiaçı Kit Conson və digərləri təxminən 86 milyard dollar itiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər