17 İyun 2022 08:53
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qrup xarici səyyahın Kəlbəcərə səfəri başlayıb.

Teleqraf.com xəbər verir ki, xarici ölkələrdən olan qonaqlar səhər saatlarından Göygöl rayonunun Toğanalı kəndindən yola düşüb.

Səfərdə Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveçdən olan 24 nəfər dünyaca tanınmış səyyah iştirak edir.

Onlar rayonda ermənilər tərəfindən törədilən dağılmış ərazilərə baxış keçirəcək, İstisu qəsəbəsindəki mineral bulaqlarla tanış olacaq.

Daha sonra onlar Laçın dəhlizi, Qubadlı rayonu və Zəngilanda inşa edilən hava limanı və Ağalı kəndi ilə tanış olacaqlar. Qeyd edək xarici səyahlar ötən gündən işğaldan azad edilən Xocavənd, Ağdam və Şuşa şəhərinə səfər ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər