17 İyun 2022 11:18
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatına dəstəyini gizlətməyən İsveçin paytaxtı Stokholmdan skandal görüntülər gəlib.

Teleqraf.com xəbər verir ki, Türkiyənin NATO üzvlüyünə qarşı çıxdığı ölkədə keçirilən aksiyada PKK-nın təbliğatı aparılıb.

Terror təşkilatının “bayrağı” və terror lideri Abdullah Öcalanın fotoşəkilləri Stokholm meriyasının binasına və “Avicii” arenaya proyeksiya edilib.

Stokholm polisindən “Anadolu”nun müvafiq sorğusuna verilən cavabda sosial şəbəkələrdə paylaşılan görüntülərin real olub-olmamasının dəqiqləşdirilmədiyi bildirib.

Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətlərinə bu ölkələrin PKK və FETÖ üzvlərinə sığınacaq vermələri və Suriyanın şimalında hələ də YPG terror təşkilatına dəstək olduqları əsasları ilə veto qoyub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər