17 İyun 2022 18:12
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat konfransında Türkiyə yaxınlığındakı adaların Yunanıstan tərəfindən silahlandırılması ilə bağlı sualı cavablandırıb.

Teleqraf.com xəbər verir ki, “neytral” mövqedən çıxış edən Amerika rəsmisi hər iki ölkəni gərginliyi azalmatağa çağırıb.

“Bu mövzuda mövqeyimiz bir neçə həftə əvvəl eşitdiyiniz kimidir. Bütün ölkələrin ərazi bütövlüyü və suverenlik hüquqlarına hörmət edilməli və qorunmalıdır. NATO müttəfiqlərimiz Yunanıstan və Türkiyəni regionda sülh və təhlükəsizlik naminə birgə işləməyə və fikir ayrılıqlarını diplomatiya yolu ilə həll etməyə təşviq etməyə davam edirik”, - departamentin sözçüsü deyib.

Digər tərəfdən, Prays iki ölkə arasındakı gərginliyə son qoyulmalı olduğunu bildirib:

“İstəyimiz budur ki, müttəfiqlərimiz gərginliyi daha da artıracaq bəyanatlardan qaçsınlar. Təbii ki, Yunanıstan və Türkiyə bizim güclü tərəfdaşlarımızdır. Onlar ABŞ-ın kritik NATO müttəfiqləridir və biz hər iki ölkənin deeskalasiyanı davam etdirməsini istəyirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər