19 İyun 2022 21:49
349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın baş naziri Boris Conson Ukraynaya dəstək olaraq hər 120 gündən bir 10 min Ukrayna əsgərinə təlim keçəcəklərini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə "The National" nəşri məlumat yayıb.

Boris Conson Ukraynanın “düşməndən daha tez silah və təlim almasını”, “davamlı maliyyə və texniki yardımın verilməsini” təmin etmək üçün dörd bənddən ibarət hərbi yardım planı hazırlayıb.

Baş nazir həmçinin bildirib ki, Böyük Britaniya müttəfiqləri ilə birlikdə Ukraynaya dəstək olmaq üçün hər 120 gündə 10 minə qədər hərbçiyə təlim keçmək niyyətindədir.

Eyni zamanda, 2025-ci ilə qədər Böyük Britaniyanın nizami ordusunun sayı 82 min nəfərdən 72,5 min nəfərə endiriləcək ki, bu da ölkənin silahlı qüvvələrinin 1714-cü ildən bəri minimum sayıdır.

Bundan əvvəl Conson müttəfiqlərinə Ukraynadakı münaqişənin bir neçə il davam edəcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Britaniyanın baş naziri deyib ki, Kiyevin xarici tərəfdarları cəsur Ukraynanın sağ qalmasına və qalib gəlməsinə kömək etmək üçün soyuqqanlılığını qorumalıdırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər