20 İyun 2022 00:12
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova polisi Rusiyadan gələn sənətçilərin paytaxt Kişinyovda konsertini ləğv edib.

Teleqraf.com xəbər verir ki, Moldova hökuməti konsert üçün səhnə konstruksiyasının olduğu yük maşınını şəhərin mərkəzi meydanına buraxmayıb.

Polis şübhəli əşyaların olub-olmadığını yoxlamaq üçün yük maşınını saxlayıb. Axtarış işləri gecikdiyi üçün konsert təxirə salınıb.

Aksiya təşkilatçılarının məlumatına görə , mitinqdə 40 minə yaxın insan iştirak edib. Ancaq polisin məlumatına görə, bu aksiyaya üç mindən çox adam çıxmayıb.

Konsertdə müğənni Filipp Kirkorov, Dava, İvan Dmitrienko və digər sənətçilərin iştirak edəcəyi planlaşdırılırdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər