21 İyun 2022 10:05
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Luqansk vilayətinin Metolkine kəndi üzərində nəzarət Rusiya işğalçı qüvvələri üçün taktiki üstünlük yaratmayacaq və bu, Severodonetsk uğrunda döyüşlərin gedişinə xüsusi təsir göstərməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Severodonetskin hərbi administrasiyasının rəhbəri Roman Vlasenko deyib.

“Amma psixoloji baxımdan bu, bizim üçün problemdir. Donetskin o biri tərəfində biz təkcə Severodonetsk sənaye zonasının bir hissəsinə deyil, bir neçə başqa yaşayış məntəqəsinə də nəzarət edirik” - Vlasenko deyib.

Qeyd edək ki, ötən gün rus ordusu Severodonetsk yaxınlığındakı Metolkine məntəqəsini tutub.

Hazırda Severodonetskdə döyüşlər sənaye zonasında davam edir, ukraynalı hərbçilər yalnız “Azot” müəssisəsinin ərazisinə nəzarət edirlər.


Müəllif: Nemət

Oxşar xəbərlər