21 İyun 2022 12:10
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin koalisiya hökumətinin tərəfdaşlarından olan Baş nazir Naftali Bennet və xarici işlər naziri Yair Lapid parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə razılığa gəliblər.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “İctimai” televiziyası (KAN) məlumat yayıb.

Məlumata görə, Bennett və Lapid gələn həftə parlamentin buraxılması ilə bağlı səsvermənin keçirilməsinə razılaşıblar.

Parlament qərarı təsdiq edərsə, İsrail təxminən 3.5 il ərzində beşinci dəfə seçkilərə gedəcək.

Koalisiya tərəfdaşlarının razılığına əsasən, növbədənkənar seçkilərə qədər xarici işlər naziri Yair Lapid müvəqqəti baş nazir olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər