21 İyun 2022 21:57
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya Prezidenti Sauli Niinistö Türkiyə ilə danışıqlarda irəliləyiş olmadığını bəyan edərək, sentyabrdan əvvəl Finlandiyanın NATO-ya üzv olmasının mümkün olmadığını bildirib.

Teleqraf.com xəbər verir ki, o bunu Avropa Parlamentinin (AP) sədri Roberta Metsola ilə görüşdən sonra bəyan edib.

Niinistö ötən gün NATO qərargahında Türkiyə və İsveç nümayəndələri ilə birgə keçirilən görüşə toxunaraq deyib ki, görüşdə irəliləyiş əldə edilməyib.

Jurnalistin Finlandiyanın sentyabr ayına qədər alyansa üzv ola biləcəyi ilə bağlı sualını cavablandıran Niinistö bildirib ki, dəqiq bir tarix vermək istəmir: “Lakin çətin ki, sentyabra qədər buna nail ola bilək. Hər kəsin bir araya gəlməsi artıq irəliləyişdir. Bu xeyli vaxt apardı. Biz danışıqları davam etdirmək barədə razılığa gəldik”.

Xatırladaq ki, dünən Brüsseldə Türkiyə, İsveç və Finlandiya nümayəndələri arasında NATO-ya üzvlüklə bağlı müzakirələr aparılıb.


Müəllif: Nemət

Oxşar xəbərlər