22 İyun 2022 00:50
2 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin keçmiş baş naziri və müxalifət lideri Binyamin Netanyahu Baş nazir Naftali Bennetin rəhbərlik etdiyi koalisiya hökumətinin növbədənkənar seçki qərarına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, sabiq baş nazir Bennetin rəhbərlik etdiyi hakim komandanı İsrail tarixinin ən pis hökuməti adlandırıb.

Netanyahu koalisiyanın artıq ölkəni idarə edə bilməyəcəyini deyib:

“Ölkə sanki bizdən alınmışdı. İlk növbədə, bütün israillilərin hiss etdiyi təhlükəsizliklə bağlı. İkincisi, yaşayış xərclərinin artması ilə bağlı. Bu mövzulardakı problemlərin həlli üçün bacarıqları sıfırdır. Üçüncü məsələ milli qürurdur. Qüds gənclərinin İsrail bayrağını dalğalandırmaqdan qorxduğu dəhşətin görüntüləri bütün İsraili yaraladı”.

Sabiq baş nazir əlavə edib: “Bu, İsrail tarixindəki ən pis hökumətdir”.

O, güclü və effektli hökumət qurmaq niyyəti ilə seçkilərə hazırlaşdığını bildirib.

Netanyahu milli qüruru bərpa edəcək geniş, güclü və sabit milli hökumət quracaqlarını deyib.

Koalisiya hökumətinin tərəfdaşlarından olan Baş nazir Naftali Bennet və xarici işlər naziri Yair Lapid dünən parlamenti buraxaraq erkən seçkiyə getmək qərarına gəldiklərini açıqlayıblar.

Qərar parlamentdə təsdiqlənərsə, İsrail son 3.5 il ərzində beşinci seçkiyə gedəcək.

Koalisiya tərəfdaşlarının razılığına əsasən, növbədənkənar seçkilərə qədər Yair Lapid müvəqqəti baş nazir olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər