22 İyun 2022 11:46
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya Baş naziri Sanna Marin Türkiyənin ölkəsi və İsveçin NATO üzvlüyünə etirazı məsələsinin alyansın İspaniyada keçiriləcək sammitinə qədər həll olunacağına inandığını bildirib.

Teleqraf.com xəbər verir ki, Marin rəsmi danışıqlar aparmaq üçün gəldiyi Xorvatiyanın paytaxtı Zaqrebdə xorvat həmkarı Andrey Plenkoviçlə görüşüb.

Görüşdən sonra açıqlama verən Marin NATO-nun birləşməli olduğunu, Finlandiya və İsveçin uzunmüddətli perspektivdə alyansı daha da gücləndirəcəyini deyib.

Baş nazir Türkiyənin etirazından sonra yaşanan problemin Madriddə keçiriləcək sammitə qədər həll olunacağına inandığını, həllə NATO-nun “açıq qapı” siyasəti çərçivəsində nail olunacağını inandığını söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər