23 İyun 2022 13:50
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqına üzv olan 27 ölkənin lideri arasında görüş baş tutacaq. Sammitdə əsasən Ukrayna ilə bağlı məsələlər müzakirə olunacaq.

Teleqraf.com xəbər verir ki, görüşə qatılacaq Yunanıstan Baş naziri Kiriakos Mitsotakisin gündəmi yenə Türkiyədir.

Yunan mətbuatı Mitsotakisin sammitdə gündəmə gətirəcəyi məsələləri açıqlayıb.

“Baş nazir Mitsotakisin iki gün davam edəcək sammitdə Türkiyənin etdikləri ilə bağlı məsələ qaldıracağı gözlənilir”, - Yunan mətbuatı bildirib.

Ehtimal olunur ki, Mitsotakisin bu cəhdlərindən sonra Aİ-nin verəcəyi bəyanatda Türkiyənin davranışları pislənə bilər.

Yunanıstanın Şərqi Egey adalarının qeyri-hərbi statusunu pozması səbəbindən Türkiyə ilə Yunanıstan arasında artan gərginliyi sammitdə Yunanıstanla yanaşı, Cənubi Kipr Respublikası tərəfindən də gündəmə gətiriləcəyi gözlənilir.


Müəllif: Nemət

Oxşar xəbərlər