25 İyun 2022 13:32
2 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Avropadakı müharibənin iqtisadi nəticələrinə görə Rusiya ilə sülh sazişi bağlamaq üçün təzyiqlə üzləşə bilər. Amma bu, onun maraqlarına uyğun gəlmir.

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri Boris Conson deyib.

“Bir çox ölkə deyir ki, bu, Avropa müharibəsidir, ona heç bir ehtiyac yoxdur və buna görə də ukraynalıları pis sülhə təşviq, bəlkə də məcbur etmək üçün təzyiq artacaq”, - baş nazir qeyd edib.

Conson onu da söyləyib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynada öz məqsədinə çata bilməsinin nəticələri beynəlxalq təhlükəsizlik üçün təhlükəli olacaq. O, Putinin qələbəsinin uzunmüddətli iqtisadi fəlakətə yol açacağını deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər