25 İyun 2022 12:47
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələri son sutka ərzində Ukraynada daha 170 hərbçisini itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Fevralın 24-dən iyunun 25-dək Rusiya ordusunun ümumi döyüş itkiləri təqribən belədir:

Canlı qüvvə - təxminən 34 700 nəfər

Tank - 1 511 ədəd

Zirehli döyüş maşını - 3 645 ədəd

Artilleriya sistemi - 764 ədəd

Hava hücumundan müdafiə sistemi - 99 ədəd

Təyyarə - 217 ədəd

Helikopter - 184 ədəd

PUA - 626 ədəd

Qanadlı raket kompleksi - 137 ədəd

Gəmi/kater - 14 ədəd

Nəqliyyat vasitəsi və yük maşını - 2560 ədəd

Xüsusi texnika - 60 ədəd.

Rusiya qoşunları son sutkada ən böyük itkiləri Baxmut və Kuraxiv istiqamətlərində verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər