1 Dekabr 2014 15:53
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin F-16 tipli qırıcı təyyarəsi Mezifon şəhərinin 36 kilometr cənub-qərbdə qəzaya uğrayıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün saat 10:49-da planlı təlim uçuşu üçün 152-ci donanmadan havaya qalxan qırıcı naməlum səbəbdən idarəetməni itirib.

Hadisədə pilot təyyarədən paraşütlə tullanaraq sağ qalıb. Pilotun həyatı təhlükəsi yoxdur.

Faktla bağlı araşdırmalar başlanıb.

Samir


Müəllif: