29 İyun 2022 16:32
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukrayna şəhərlərinə raket zərbələrinə son qoyan kimi, müharibə də dayandırılacaq və bunu sabah etmək olar.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Burbok deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsinin nə vaxt bitəcəyini heç kim bilmir, bu sual açıq qalır.

“Müharibə sabah Rusiya Prezidenti Putinin bombardmanını dayandırması ilə bitə bilər. Hər şeyi edəcəyik ki, Ukrayna suveren dövlət olaraq qalsın və bütün ölkə sülh və azadlıq içində yaşaya bilsin”, - Burbok vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu