11 İyul 2022 11:37
1 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusunun Ukraynadakı itkiləri yenidən artıb. Son sutka ərzində daha 100 rus hərbçisi məhv edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya qoşunlarının fevralın 24-dən iyulun 11-dək ümumi döyüş itkiləri təqribən belədir:

Canlı qüvvə - təxminən 37 400 (+100) nəfər

Tank - 1645 (+4) ədəd

Zirehli döyüş maşını - 3828 (+5) ədəd

Artilleriya sistemi - 838 (+ 4) ədəd

Zenit raket – 247 ədəd

Hava hücumundan müdafiə vasitələri - 109 (+1) ədəd

Təyyarə - 217 ədəd

Helikopter – 188 ədəd

PUA – 676 ədəd

Qanadlı raket – 155 ədəd

Gəmi/kater – 15 ədəd

Nəqliyyat vasitəsi və yanacaq sisterni - 2696 (+2) ədəd

Xüsusi texnika – 66 ədəd.

Rus ordusunun gün ərzində ən böyük itkilərini Avdeyevka istiqamətində verdiyi bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər