11 İyul 2022 19:36
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın şimal-qərbindəki İdlib əyalətində könüllü kimi çalışan kloun Qurban bayramında uşaqları əyləndirib.

Teleqraf.com xəbər verir ki, İdlibin şərqində Bəşər Əsəd qüvvələrindən bir neçə kilometr aralıda, cəbhə xəttinə yaxın Neyreb kəndində 50 uşaq üçün teatr nümayişləri, idman fəaliyyətləri, rəqslər və tapmacalar təşkil edilib.

Rejimin hücumları nəticəsində dağıdılan kənddə keçirilən tədbirə çoxlu uşaq qatılıb.

Kloun Majd Hamo çadır şəhərlərdə və cəbhə xəttində uşaqları əyləndirib.

4 ildir müstəqil jurnalist olan, kloun əyləncələri təşkil edən və İdlibdə kinetik teatrda işləyən 25 yaşlı Hamo oradakı uşaqların psixoloji dəstəyə ehtiyacı olduğu üçün təlxəklik etdiyini bildirib:

“Uşaqlara müharibəni unutdura bilməsəm də, onların üzlərində təbəssüm yaratmağa çalışıram. İstedadları üzə çıxarmağa cəhd edirəm. Uşaqların istedadlarını rəsm, musiqi və incəsənət vasitəsilə aşkarlayıram”.


Müəllif: Aysel Azad