3 Dekabr 2014 02:53
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir məhkəməsi 2013-cü ildə iğtişaşlar zamanı 13 polisin ölümünə görə 188 nəfəri ölüm cəzasına məhkum edib.

Teleqraf.com-un “Frans Press”ə istinadən verdiyi xəbərə görə, müttəhimlər keçmiş prezident Məhəmməd Mursini dəstəkləyiblər. Onların oturaq aksiyasını dağıdarkən baş vermiş toqquşmada 13 polis əməkdaşı həlak olub.

Məhəmməd Mursi 2013-cü ildə devrildikdən sonra polislə toqquşmalarda bu vaxtadək onun 1400-dək tərəfdarı öldürülüb. Bir neçə yüz nəfər məhkəmələr tərəfindən ölüm cəzasına məhkum olunub.


Müəllif:

Oxşar xəbərlər