Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Xersonda aviasiya sənayesinin mühüm infrastruktur obyektlərinin keçmiş rəhbərini vətənə xəyanətdə ittiham edir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Strana” nəşri yazır.
Qeyd olunur ki, fevralın 24-dən sonra Xersonun ərazi müdafiəsi sıralarında səfərbər olunan şəxs mart ayında Rusiya tərəfinə keçib.
Valentina Bondarenko adlı şəxs 2017-ci ilə qədər "Xerson Hava Yolları" idarəsinin direktor müavini vəzifəsində çalışıb və 2017-2019-cu illərdə "Xerson Avia" aviaşirkətinə rəhbərlik edib.