2 Avqust 2022 01:13
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiya ilə nüvə də daxil olmaqla yeni silahlara nəzarət sistemini operativ şəkildə müzakirə etməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bu barədə bazar ertəsi, avqustun 1-də ABŞ prezidenti Co Bayden bildirib.

“Bu gün mənim administrasiyam 2026-cı ildə istifadə müddəti başa çatan START III-ü əvəz edəcək yeni silahlara nəzarət sistemi ilə bağlı danışıqlara keçməyə hazırdır”, - deyə C.Bayden bildirib.

Reklamınızı SmartBee ilə effektiv edin.

C.Bayden xatırladıb ki, hətta soyuq müharibənin qızğın vaxtında Vaşinqton və Moskva dünyada strateji sabitliyi təmin etmək üçün birgə işləyə biliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər