Taliban sözçüsü Zəbihullah Mücahid ABŞ-ın Əfqanıstanın paytaxtı Kabildə “Əl-Qaidə” lideri Əymən Zəvahirinin öldürüldüyü pilotsuz təyyarə hücumunu qınayıb.
Teleqraf.com xəbər verir ki, Taliban sözçüsü bazar günü səhər saatlarında Kabilin mərkəzindəki Şərpur məhəlləsindəki bir evə hücumun ABŞ-a məxsus dron tərəfindən həyata keçirildiyini bildirib.
Mücahid hücumu qınayaraq, bunun beynəlxalq prinsiplərin və ABŞ-la Taliban arasında 2020-ci ildə xarici qüvvələrin Əfqanıstandan çıxarılmasına dair əldə edilmiş Doha razılaşmasının pozulması olduğunu deyib.