2 Avqust 2022 12:12
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda strateji təhlükəsizliklə bağlı vəziyyət Soyuq Müharibə dövründəkindən qat-qat pisdir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

O, ABŞ Prezidenti Co Baydenin Soyuq Müharibə dövründə SSRİ və Amerika arasında təhlükəsizlik məsələlərini müzakirə etdiyi və kompromislər tapdığı və ölkələrin nüvə potensialının məhdudlaşdırılması ilə bağlı START-3-ü əvəz edəcək yeni müqaviləyə ehtiyacın olduğu barədə sözlərinə diqqət çəkib.

“Əlbəttə, bütün bunlar yaxşıdır. Bununla belə, bir daha təkrar edəcəyəm. İndi vəziyyət Soyuq Müharibə dövründən qat-qat pisdir. Çox pis! Buna görə isə biz günahkar deyilik. Və ən əsası... Bu, ümumiyyətlə bizə lazımdırmı? İndi dünya fərqlidir”, - Medvedyev vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu