3 Dekabr 2014 19:25
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donetskli gənclər yaraqlıların lideri ilə görüşə üzərinə “Donetsk Ukraynanındır” sözləri yazılmış forma geyiniblər.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, Ukraynanın Donetsk şəhərində separatçıların lideri Denis Puşilna vətəndaşlarla görüşüb. Görüş zamanı gənclər üzərinə “Donetsk Ukraynanındır” sözləri yazılmış forma geyməklə Donetskin Ukrayna ərazisi olduğunu nəzərə çatdırıblar.

Tədbirdən sonra Puşilnaya yaxınlaşan gənclər öz etirazlarını bildirib. “DXR lideri” isə gəncləri təhdid etməkdən çəkinməyib.

Yerli mənbələrə görə, tədbirə qatılan gənclərin aqibəti ilə bağlı məlumat verilmir.

Samir


Müəllif:

Oxşar xəbərlər