"İşğalçılar itki verir, ruhdan düşür və yüngül xəsarətlər almaq üçün fürsət axtarırlar".
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Rus hərbçilər itkilər verir, ruhdan düşür və yüngül xəsarət almaq üçün hər cür fürsət axtarırlar. Rusiya Federasiyasının ərazisinə qayıtmaq üçün onlar özlərinə xəsarət yetirməyə və müxtəlif sağlamlıq simulyasiyalarına əl atırlar", - hesabatda deyilir.
Qeyd olunur ki, Ukraynanın qırıcı təyyarələri ölkənin hava məkanında patrul xidməti göstərməkdə davam edir və zərbə təyyarəsi təyin olunmuş əməliyyat bölgələrindəki bölmələrə fasiləsiz olaraq atəş dəstəyi verir:
"Bundan başqa, düşmən Sverski istiqamətində Çerniqov vilayətinin Medvedivka, Sumı vilayətinin Krasnopill və Myropillya rayonlarını lüləli artilleriyadan atəşə tutub. Xarkov istiqamətində düşmən Xarkov, Lebyaje, Borşçeva, Dementiyyvka, Koroboçkine, Veliki Proxodı, Ruski Tışki, Stariy Saltiv, Prudyanka, Pitomivka, Tsup yaşayış məntəqələri ərazilərində tank, lülə və raket artilleriyasından atəşə tutulub".