6 Avqust 2022 12:47
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın bütün ərazisində raket zərbələri təhlükəsi qalır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Düşmənin hərbi dəniz qrupu Qara dəniz akvatoriyasında tapşırıqları yerinə yetirməkdə davam edir. Ukraynanın bütün ərazisində raket zərbələri təhlükəsi qalır. Dörd dənizdə qanadlı raket daşıyıcıları yüksək dəqiqlikli silahlardan istifadə etməyə hazırdır”, - məlumatda deyilib.

Rusiya qüvvələrinin Cənubi Buzka istiqamətində müdafiə əməliyyatı apardığı bildirilib. Əsas səylər işğal olunmuş ərazilərin saxlanılmasına və Ukrayna Müdafiə Qüvvələrinin bölmələrinin maksimum itkiyə məruz qalmasına yönəlib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər