BMT baş katibi Antonio Quterreş dünyanı növbəti dəfə nüvə silahından imtina etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, BMT baş katibi bu barədə Yaponiyada Xirosimaya atom bombasının atılmasının 77-ci ildönümündə çıxışında danışıb.
“Bəşəriyyət dolu silahla oynayır”, - Quterrreş bildirib.
BMT baş katibi Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsi üzrə Nyu-Yorkda keçirilən konfransın iştirakçılarına müraciət edərək, dünyanın gələcəyini təhdid edən nüvə arsenallarına təcili son qoymağa çağırıb.