Rusiya qoşunları Baxmut vilayəti istiqamətində Baxmut, Çasiv Yar, Soledar, Zaytsev, Yakovlivka, Biloqorivka və Baxmutske ərazilərində hərbi və mülki infrastrukturu atəşə tutublar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.
Rusların Baxmut, Yakovlivka və Zaitsevo yaxınlığında aviasiyadan istifadə etdiyi vurğulanıb.
“Düşmən aramsız kəşfiyyatı davam etdirir. Baxmutske, Baxmut və Yakovlivka yaşayış məntəqələri ərazilərində düşmənin kəşfiyyat qrupları aşkar edilərək zərərsizləşdirilib”, - Baş Qərargahdan bildirilib.
Rusiya qüvvələri Baxmut, Zaytsevo, Yakovlivka və Verşin yaxınlığında hücuma keçməyə cəhd etsə də, bu səyi uğursuz alınıb və geri çəkilib.