Kremlin sözçüsü Dmitri Peskov Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsədin telefonla danışacağı ilə bağlı suala cavab verib.
Teleqraf.com xəbər verir ki, Kremlin sözçüsü buna dair sualın Ankara və ya Dəməşqə ünvanlanmalı olduğunu bildirib.
“Türkiyə” qəzetinin Ərdoğanın Əsədlə telefon danışığı olacağı ilə bağlı irəli sürdüyü iddia gündəlik mətbuat konfransında rusiyalı jurnalistlər tərəfindən gündəmə gətirilib.
Ərdoğanın belə bir planının olub-olmaması və Türkiyə lideri ilə rusiyalı həmkarı Vladimir Putinin ötən həftə keçirdiyi görüşdə bu məsələnin müzakirə olunub-olunmaması ilə bağlı suala Peskov belə cavab verib:
“Bir müddət əvvəl Soçidə keçirilən görüşdə Suriya məsələsi müzakirə edildi. Amma telefonla ikitərəfli təmaslar barədə Türkiyə və Suriya tərəfindən soruşulmalıdır”.