9 Avqust 2022 20:13
1 567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya həftə sonuna kimi hücum əməliyyatına başlamasa, Ukrayna Silahlı Qüvvələri Dnepr çayının sağ sahilində rus qoşunlarını sistemli şəkildə məhv etməyə başlayacaq.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Onun sözlərinə görə, hazırda tərəflər arasında strateji oyun gedir.

“Bu müharibə zamanı ilk dəfə olaraq biz öz oyunumuzu Rusiyaya sırımağa çalışırıq. Rusiya qoşunlarını şimaldan cənuba çəkilməyə məcbur etdik. Eyni zamanda, Rusiya Ukraynanın cənubunda zərbə qrupu yaradıb və qüvvələrimizi mümkün qədər şimala çəkməyə çalışır. Düşmənin bunun üçün Donetsk istiqamətində heç bir ehtiyatı olmasa da, kütləvi hücum illüziyası yaradır”, - ekspert qeyd edib.

Jdanov vurğulayıb ki, Ukrayna ordusunun əsas missiyası ora qoşun göndərmədən müdafiəni saxlamaqdır:

“Bu gün bütün cəbhədə böyük bir strateji oyun gedir, amma Rusiyanın həftənin sonuna qədər vaxtı var. Əgər həftənin sonuna qədər bizi məğlub etməsələr və hücum əməliyyatına başlamasalar, biz hücuma keçəcəyik. Dneprin sağ sahilindəki rus qüvvələrinin məhv edilməsi planlaşdırılır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər