10 Avqust 2022 16:52
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna Krım azad edilənədək döyüşləri dayandırmayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O, Ukrayna ilə Rusiya arasındakı müharibənin Krımda başladığını bildirib və qeyd edib ki, savaş bu bölgənin azad edilməsi ilə bitməlidir.

“Krım Ukraynadır. Krımdan heç vaxt vaz keçməyəcəyik. Unutmamalıyıq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Krımın işğalı ilə başlayıb”, - Zelenski qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu