Krım və Donetsk qanuni olaraq, Mariupol və ya Melitopolla eyni statusa malikdir. Bunlar Rusiya işğalından azad edilməli olan Ukrayna əraziləridir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin köməkçisi Mixail Podolyak bildirib.
“Hüquqi baxımından Donetsk və Krım Mariupol və ya Melitopolla eyni statusa malikdir. Bu, Rusiya ordusu tərəfindən işğal edilmiş və azad edilməli olan Ukrayna əraziləridir. Qalan hər şey rus təbliğatın uydurmasıdır”, - Podolyak qeyd edib.
Dünən Rusiya tərəfindən işğal edilmiş Krımın Saki şəhəri yaxınlığındakı hərbi aerodromun ərazisində partlayışlar baş verib. Rusiyanın Ukraynanın Zaporoje, Nikolayev və Xerson vilayətlərini bu aerodromdan qaldırdığı təyyarələrlə bombradman etdiyi bildirilir.
Rusiya Müdafiə Nazirliyi partlayışların sursatın partlaması nəticəsində baş verdiyini iddia edib. Xəsarət alanların olduğu və bir nəfərin öldüyü bildirilir.