11 Avqust 2022 12:10
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Kursk vilayətinin sərhədyanı Tetkino və Popovo-Lejaçi kəndləri yenidən Ukrayna tərəfdən atəşə tutulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoyt məlumat verib.

“Qluşkovski rayonunda yenidən narahatçılıq hökm sürür, düşmən sərhəd kəndlərini - Tetkino, Popovo-Lejaçini atəşə tutur. Təfərrüatları sonra bildirəcəm”, - qubernator vurğulayıb.

Kursk vilayətinin altı rayonu Ukraynanın Sumı vilayəti ilə həmsərhəddir. Rusiyanın iddiasına görə, Qluşkovski rayonu, xüsusən də Tetkino kəndi mütəmadi olaraq Ukrayna tərəfindən atəşə tutulur. Mayın 19-da kənddə bir nəfərin öldüyü, birinin isə yaralandığı bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər