“Əl-Qaidə” terror qruplaşması tələbləri yerinə yetirilməyəcəyi təqdirdə amerikalı girovu edam edəcəyi ilə ABŞ-ı hədələyir.
Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, 33 yaşlı Amerika vətəndaşı Lyuk Somers bir ildən artıqdır silahlıların əsirliyində saxlanılır. Terrorçular onu Yəmənin paytaxtı Sanada hamının gözü qarşısında edam ediləcəyini bildirirlər.
Qeyd edək ki, son yayılan kardlarda Somers vəziyyətinin kritik olduğunu, hər an öldürülə biləcəyini və ABŞ hökumətindən ona yardım etməyi xahiş edib. Bundan sonra hərəkətə keçən xüsusi hazırlıqlı ordu qüvvələri Somersin yerini dəqiqləşdirsələr də, terrorçular tez bir zamanda onu başqa bölgəyə qaçırda biliblər.
Samir