Estoniya Rusiya ilə quru sərhədini bağlayıb. Amma bu, müvəqqəti xarakter daşıyır.
Teleqraf.com xəbər verir ki, qərarın səbəbi Narva şəhərində sovet abidələrinin sökülməsi ilə bağlıdır.
Artıq Narva-İvanqorod keçid məntəqəsi bağlanıb. Bundan sonra Rusiya tərəfində uzun növbənin yarandığı bildirilir. Gözləyənlərin arasında Estoniya sakinləri də var ki, onlara da sərhədi keçməyə icazə verilmir.
Məlumata görə, hərəkətin dayandırılması Narvada sovet abidələrinin sökülməsi ilə bağlıdır. Hökumət şəhərdəki “T-34 tankı” və “Qırmızı Ordu” abidələri, Petrovska meydanındakı lövhələr və digər xatirə abidələrinin Estoniya Hərbi Muzeyinə göndərmək qərarına gəlib.
Narva-İvanqorod keçid məntəqəsinin nə vaxt açılacağı hələlik məlum deyil.
Estoniya hökumətinin qərarı Rusiyanın etirazına səbəb olub.