17 Avqust 2022 10:40
2 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya müdafiə naziri Əli Mahmud Abbas Türkiyə və ABŞ-ın ölkəsindən çıxmasını tələb edərək, qapılarının dost olan hər kəsə açıq olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, Rusiyanın paytaxtı Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı danışıb.

“ABŞ və Türkiyənin Suriyanın bəzi bölgələrində mövcudluğuna son qoymasını istəyirik. Əgər onlar geri çəkilsələr, hökumət də bu bölgəyə nəzarətini gücləndirə və talanlara məruz qalan milli resurslarımıza sərmayə qoya bilər. Suriyanın qapıları dostca gələnlərə hər zaman açıqdır”, - Abbas deyib.

Nazir beynəlxalq ictimaiyyətə çağırış edərək, ABŞ və bəzi Qərb ölkələrinə Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi üçün təzyiq göstərməyə çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər