17 Avqust 2022 12:37
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Sovet İttifaqı dövründən qalan mükafat proqramını yenidən təqdim etməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, Putin Sovet dövründə İosif Stalinin idarə etdiyi 10 və daha çox uşağı olan qadınlara verilən “Qəhrəman Ana” mükafatını yenidən vermək qərarına gəlib.

Putinin imzaladığı qərara əsasən, qadınlara birdəfəlik 1 milyon rubl (təxminən 27 min 800 manat) veriləcək. Lakin mükafatı almaq üçün 10-cu uşaq bir yaşına çatmalı, digər 9 uşaq isə sağ olmalıdır. Bildirilib ki, mükafata layiq görülən qadınlara qızıl medal da təqdim olunacaq.

Qeyd edək ki, 1944-cü ildə Stalin əhalinin sayını artırmaq üçün bu qanunu gündəmə gətirdi və 400 min qadına mükafat verib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər