Moskva Londonu Böyük Britaniyanın kəşfiyyat təyyarəsinin Barents dənizi üzərində uçuşu ilə bağlı Arktikada süni gərginlik ocağı yaratmamağa çağırır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Britaniyadakı müvəqqəti işlər vəkili Aleksandr Qusarov deyib.
“Britaniyalı həmkarlarımızı bu riskli yola getməməyə, Arktikada sülh və əməkdaşlıq məkanı elan edilmiş regionda süni gərginlik ocağı yaratmamağa çağırırıq”, - diplomat bildirib.
Qusarovun fikrincə, təyyarənin havaya qalxması Rusiyanın müdafiə sisteminin işə düşməsi üçün düşünülmüş təxribatdır.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Britaniyanın RC-135 elektron kəşfiyyat və döyüş təyyarəsi tərəfindən Barents dənizində federasiyanın dövlət sərhədinin pozulması barədə məlumat verib. Rusiyanın MiQ-31BM qırıcısının ekipajının ingilis təyyarəsini federasiya ərazisindən çıxardığı bildirilib.