Norveç Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov norveçli həmkarı Byorn Arild Qramla telefon danışığından sonra öz Tvitter səhifəsində yazıb.
O, Oslonun bir daha Kiyevə hərbi yardım göstərməyə hazır olduğunu açıqlayıb və əlavə edib ki, Norveç də Ukrayna əsgərlərinə təlim keçəcək.